Kələmin qızıldan qiymətli faydaları

Ən ucuz və əlçatan tərəvəzlərdən olan kələmin bir çox faydalı və müalicəvi xüsusiyyətləri var.
Qida mütəxəssisləri kələmin bu xüsusiyyətlərini çox yüksək qiymətləndirir və onu müntəzəm olaraq yeməyi tövsiyə edir.
Rusiya diyetoloqları kələmin əsas 7 faydasını açıqlayıb.
1. Kələm orqanizmi çox yaxşı təmizləyir, orqanizmdən ziyanlı maddələrin xaric edilməsini sürətləndirir.
Davamı →

Faydaları dərman kimi olan kələm

Dolması, şorbası, turşusu həm də salatı hazırlanan ağ kələm, ləzzətli qış tərəvəzlərindəndir. Gül kələmi, brokkoli kimi kələmçiçəyikimilər  fəsiləsinə aiddir.
Ağ kələm; K və C vitaminləri, antioksidanlar və lif ilə zəngin olan aşağı kalorili bir qidadır. 100 qram yalnız 25 kaloridir. K vitamini qan laxtalanması və sağlam sümüklər üçün lazımdır. C vitamini isə infeksiyaların qarşısını alır və yaraları sağaldır. Bunlardan başqa folat, A vitamini, B6 və B2 vitaminləri, kalsium, maqnezium, kalium, manqan və dəmir tərkiblidir.
Davamı →

Kələm yarpağı ilə ağrıların götürülməsi

Hər bir insanın müxtəlif zamanlarda bədəninin müxtəlif yerlərində ağrılar olur və bu ağrılardan qurtarmaq üçün müxtəlif vasitələr axtarır. Bəzən hər ağrıya görə kimyəvi dərman içərkən də bir problem olur, kələm yarpağı ilə ağrıların aradan qaldırılması isə ziyansız və çox ucuz başa gəlir, məsələn ağrı nahiyyəsinə kələm bükülür (yaxşı olar ki, kələmin qalın hissələri soyulsun) axşamdan səhərə qədər, səhər açılır atılır.
Davamı →

Molokan kələminin faydaları

Duzlu kələm soyuq fəsillərdə bizi bir çox vitamin və minerallarla təmin edə bilər. Duzlu kələmin tərkibində çoxlu miqdarda C vitamini var. Bu vitamin insanın immun sistemini möhkəmləndirir, infeksiyalara olan davamlılığını artırır.

Həmçinin duzlu kələmin tərkibində B6 vitamini var. Bu vitamin zülalın daha yaxşı mənimsəniləməsinə kömə edir ki, duzlu kələmi ət xörəkləri ilə birlikdə yemək çox yaxşıdır. Duzlu kələm kalium, dəmir, maqnezium, sink kimi minerallarla zəngindir.
Davamı →

Kələmin müalicəvi xüsusiyyətləri

  • Flora
Qış aylarında bir tərəfdən soyuq hava, bir tərəfdən də mikroblarla savaşan immuniteti gücləndirmək lazımdır. Xəstəliklərdən qorunmaq üçün həm də sağlam qidalanmaq önəmli şərtlərdən biridir. Orqanizmə faydalı olan qidalardan biri də kələmdir. 

Tox tutma və toksinləri təmizləmə xüsusiyyətləri kələmin pəhriz siyahılarında yer almasını təmin edir. 100 qramında 25 kalori olan kələm, salat, zeytun yağlı tərəvəz xörəyi və şorba olaraq yeyilir. Xüsusilə kələm şorbası yemək həm maye azalmasını təmin edir, həm də tox tutur.

Qış aylarında kələmin süfrələrdən əskik etməmək lazımdır. Tərkibində C, B və E vitaminlərindən əlavə, dəmir, potasium və maqnezium mineralları da olan kələm toksik maddələrin orqanizmdən atılmasına kömək edir. Antioksidant xüsusiyyəti ilə bir çox xəstəliklərdən qoruyur.
Davamı →

Nənələrimizin müalicə vasitəsi

Keçmişdə nənələrimiz təbii vasitələrin köməyi ilə çox uğurla müxtəlif xəstəlikləri müalicə edirdilər.

Kələm yarpağı belə müalicəvi vasitələrdən biridir. Təzə kələm yarpağının köməyi ilə əsasən müxtəlif ağrı və iltihabları müalicə edirdilər. Belə ki, baş ağrısı zamanı nənələrimiz kələm yarpağını əzib alın nahiyəsinə qoyurdular və bu «kompres»lə uzanırdılar. Bir müddətdən sonra ağrı azalırdı.

Oynaq ağrıları zamanı da kələm kompresindən istifadə olunurdu. Kələm yarpağı bir qədər əzilirdi, üzərinə bal çəkilirdi və ağrıyan yerə qoyulurdu. Belə kompres həm iltihabı, həm də ağrını azaldır. Kompresi yatmazdan əvvəl qoymaq yaxşıdır.
Davamı →

Ağ kələmin faydaları

  • Flora
Xüsusilə sinə xərçənginə və infarkta mane olur və irəliləməsini dayandırır.

Təbii sidikqovucu dərmandır.

Gündəlik həyatda daha gümrah və enerji dolu olmağı təmin edir.

Dərini gözəlləşdirir və bədəndə olan artıq suyun və zəhərli toksinlərin çölə atılmasını asanlaşdırır.

Qan azlığını aradan qaldırır və qan şəkərini tarazlığa gətirir.

Dəri qırışıqlıqlarının düzəlməsinə kömək edir və yaşlanmanın qarşısını alır.

İmmunitet sistemini gücləndirmə xüsusiyyəti ilə yanaşı, qadınların qorxulu yuxusu olan sellülitin müalicəsində təsirli rol oynayır. Selülitin meydana gəlməsinə maneə olur.

Hormonları da nizama salır.


Davamı →